1.11.2011

Hər yerdə seçilənlər


Qazi dostlarımdan birinin toyunda daha çox bələd olduğumu zənn etdiyim Qarabağ Qazilərinin oynamaları, rəqsləri məni dəhşətə gətirdi. Bir görəydiniz necə rəqs edirdilər, “tək qıçı üstündə oynayan oğlanlar”. O gecə unudulmuşdu o biri qıçın yoxluğu. Bayaqdan onların ümumi davranışını görəndə baş qaldıran daxili bir məyusluq, artıq məni tərk etmişdi. Ağrı-acılar daha yox olmuşdu bu məclisdən. Bir xəyal qola qoşulub oynayırdı tək qol. Bu gecə başqa bir aləm idi. Əsl “Qazi toyu” idi. Adam elə o toydan çıxıb, bəy, toy paltarında döyüşə, səngərə getmək istəyirdi. O gecə tək ayaqlılar arxalarınca salıb aparırdı cüt ayaqlıları cəbhəyə sarı.
Qazi toyunda olmamısınızsa, çalışın mütləq olun. Fərqli bir mənzərə ilə qarşılaşacaqsınız. Saqqallı gələni kim, çəliyi çəliyə döyəni kim. Gətirib oturdulanı kim. Sakitcə oturub susanı kim...
                                                    *  *  *

Elə ilk görünüşdən adamın yadına o ağır, ölümlü-itimli müharıbəni xatırladan, qışda qarda tamam fərqli izlər qoyan Qarabağ Qaziləri hər gün aram-aram, dirənə-dirənə, çəliyə, qoltuq ağacına söykənə-söykənə, özününkü sayılan özgə ayaqları yerə basa-basa, səs-küylə bu pilləkanları qalxırlar. Bu günkü silahlarını otağın küncünə qoyub, hərə özünə münasib bir yer seçir. Bu başqa bir mənzərədi, başqa bir aləmdi. Bu aləmin özü kimi, söhbəti də başqadı.
Harda tribunasız toplantı, zal görsəniz. Etirazlara çəpik yox, taqqıltı səsi eşitsəniz, bilin ki, o Qazilər yığıncağıdı-

Иълас эедир
щамы отурараг данышыр
йериндян галхан йох,
трибунайа чыхан йох.

Аловлу чыхышлар,
етираз долу иттищамлар...

Дюшямяни дюйяъляйян
тяк айаглар
кцнъдя голтуг аьаълары
гар цстцня даьылыр
рцзэарын сачлары...

... Körpəsini qucağına götürə bilməyəni də var. Əlindən tutub apara bilməyəni də. Yerindən qalxa bilməyəni də. Amma hər birinin içində böyük bir ağrılı həvəslə bütün bunları etmək istəyi var. Edib və  edə bilməyəcəyinin mümkün və mümkünsüzlüyündən asılı olmayaraq. Bəlkə də gündə neçə kərə gizlincə öz-özünə buna cəhd edəni də var. Hətta bunların nəticəsiz olacağını bilsələr belə. Insan həmişə hər şeyin ən yaxşısını istəyir. Imkanın, gücün olub-olmaması bunlardan sonra gəlir. Vaxtı ilə başqaları üçün çox şeylər etmiş bu adamlar, hətta ən adi sayılan qəzeti özü oxumaq, məktubu özü yazmaq istəyir...
Havanın dəyişəcəyini sinoptik cihazlarından daha dəqiq bilən canlı sinoptiklərə-güdüllərə  sığal çəkən Qazilər, “yox baş barmağım, ayağımın altı qaşınır, çeçələ barmağım ağrıyır,.....”-deyib, kəsik, yarımçıq əzələləri ovuşdura-ovuşdura nələr düşünürlər, nələri xatırlayırlar...
Qazilərin duyğularını anlamaq, başa düşmək üçün təkcə ürəyi, hissiyyatı olmaq gərəkdi. Bir də insan sevgisi.
                                                           
                                                        *  *  *
Hamı kimi onların da arzuları vardı. Gəncliyin xoş, ümid dolu arzuları. Oxumaq, işləmək, ailə qurmaq, xöşbəxt həyat sürmək istəyirdilər.
Qayğısız, dinc həyat arzusundaydılar.
Istəmədikləri müharibəyə çəkdilər onları.
Bu gün tez-tez bir yerə yığılan bu insanların içərisində o vaxtlar subayı da vardı, nişanlısı da, evli olanı da. Oğlu boyca özündən böyük olanı da, bığ yeri tərləməyəni də. Biri-birini tanıyanı da, bəlkə ömrü boyu eyni ölkədə, eyni şəhərdə heç vaxt rastlaşmayacaq kəsləri də.
Onları bir yerə yığan Vətənə, elə, torpağa sevgiləriydi.
Aralarında ömründə Qarabağda olmayan, Vətənin dar gündə olduğunu eşidib, uzaqdan gələni də oldu, Qarabağda doğulanı da, yaşayanı da. O füsünkar yerdə bircə dəfə olanı da.
Bu sayılıb-seçilənlər könüllü getdilər mübaribəyə, Qarabağ savaşına.
“Hər döyüş qələbə döyüşü. Hər atılan güllə sonuncu güllədi”-deyib, döyüşə atılmış bu döyüşçülərin girdikləri sonuncu döyüş, özləri üçün sonuncu oldu. Çox arzularını yarımçıq qoydu, o, sonuncu döyüş.
Yaralandıqlarına peşmançılıq hissi keçırdilər. “Dostlar orda qaldı, döyüş qaldı”, deyib, yenidən döyüşə atılmaq istəyindəydilər. Indi torpaqlar qaldı deyən, Qazilər.
... Bəzisi sevgilisinə daha məktub yaza bilmədi. Bəzisi görüşünə gedə bilmədi, apardılar. Bəzisi səsini eşidə bildi, üzünü görə bilmədi. Eləsi oldu gördü, o xoş sözləri eşidə bilmədi. Amma sevgini, məhəbbəti  indi daha həssas olan qəlbləriylə duydular.

                                                       *  *  *
Hamı qüsursuz olmaq istəyir. Onlar da bütün sağlam insanlar kimi yerimək, istədiklərini özləri etmək istəyirlər. Ancaq neyləsinlər ki, bu mümkünsüzdü. Ilk günlər utanıblar. Uyğunlaşa bilməyiblər. Çəliyi necə tutmağı bacarmayıblar. Tutmaq istəməyiblər.
Əzab çəkmək, başqasına əzab çəkdirmək. Bu yaşda yenidən uşaqlaşmaq. Bütün bunlar çox ağır, çətin olub onlar üçün. Aradan neçə illər keçməsinə baxmayaraq, hələ də pilləkanı görəndə dizlər əsir. Hərdən ayağın yoxluğu yaddan çıxır. Addım atıb yıxılırlar. Yoxluğu tam şəkildə qəbul edə bilmirlər. Deməli, hələ də tərəddüd, hələ də yoxluğa daxildə bir inkar var. Yaşlı qazilər cavan dərddaşlarına  baxıb, “bunlar hələ nə qədər bu cür yaşamalıdılar”-deyib, köks ötürərək başlarını bulayırlar. “Dərdi, dərd çəkəndən yaxşı heç kəs bilməz”, deyiblər.
Bir yerə getmək üçün hər dəfə protezi, corabı geyin, sonra da soyun. Hər dəfə ayağını çıxart. Geyin. Bəzisi əziyyətdən qaçıb geyinmir o, özgə ayağı. Bəzisi yox görüntüdən daha çox utandığından əziyyətə qatlaşmalı olur. Hər dəfə geyinib soyunur. Yox ayağına bir daha baxmaq məcburiyyətində qalır. Bu ağrını yenidən yaşayır. Ölümlə həyat arasındakı məsafəni yaşamış, yaşayan bu insanlar.
Yaşamaq da ağırdı, yaşamaq üçün mübarizə aparmaq da.
Əli, ayağı sağ olanların ailəsini dolandıra bilmədiyi bu zamanda görün onlar nələr cəkirlər. Bir tərəfdən də evdə, ailədə istədiyini edə bilməmək. Etmək imkanında olmamaq. Gizli, daxili bir utanc.
Yaranışından əksiklərə vərdiş etmişlərlə, sonradan, qəfildən, məcburiyyətdən yaranan çatışmamazlıqlarla üzləşənlərin daxili, mənəvi, psixoloji ağrıları tamam fərqlidı. Özünü bu məhrumiyyətlərlə barışdırmaq, yoxluğa məcburi alışdırmaq çox çətindi. Ancaq mümkünsüz
deyil.
Qazilər fiziki cəhətdən sağlam cəmiyyətə çıxmaqdan çəkinirlər. Utanırlar. Özlərini pis hiss edirlər. Onlara elə gəlir ki, hamı onlara yazıq kimi baxır. Bunların belə olmadığını özləri də bilirlər. Ancaq bu hissi özlərindən qova bilmirlər. Ona görə də hamıdan uzaqda olmağa çalışlırlar. Yalnız özləriylə söhbətləşirlər, dərdləşirlər.
Vaxtılə cəmiyyətin önündə gedən bu kəslər bu gün tədric olunmuş kimidilər.
Xüsusi münasibət, sayğı, qiymət, yetərincə qayğı, qarşılıqlı münasibət görmədiklərindən incikdilər. Onları əzalarının yoxluğundan çox ağrıdan biganəlikdı. 
Qarabağ Qazilərinin baxışlarında, onlar haqqında deyilən ən adi bir xoş sözü eşitməyə daxili ehtiyacın, həsrətin cizgiləri duyulur.
                                            

                                         *  *  *
Hər gün görüşdüyüm, ünsiyyətdə olduğum, hissləri və duyğuları mənə daha doğma olan bu insanlarla söhbətlər özləri qədər maraqlıdı. Başqalarının təəccübünə səbəb olacaq, özlərinə məxsus qəribə zarafatları da var. Qarabağ Qaziləri həyata nikbin, gələcəyə çox böyük ümidlə baxırlar. Sabahkı müharibəyə mənəvi cəhətdən bəlkə də hamıdan daha çox hazırdırlar. Hər biri öz fiziki imkanı daxilində lazımı köməklik göstərməyə, yardım etməyə, təcrübələrini bölüşməyə.
Tək onu bilirəm ki, adamları düşmənin qabağına çıxaracaq, insanları səfərbər edə biləcək, yeganə qüvvədi Qazilər. Kimi onlara qoşulacaq, kiminə qalmaq ayıb gələcək, kimi də utandığından arxalarınca gedəcək.
Torpaqları işğaldan azad etməyə can atan, itirdiklərini, qoyub gəldiklərini görmək istəyiylə yaşayan bu məmləkətin ən hörmət olunası, xoş günlərin əsl layiqliləri-Qarabağ Qaziləri
Haqqınız mübarək.  

           Qazi toyu
Bu gün tоy qurulub, tоy, Qаrаbаğdа,
Qоl-qıçlаr qışqırır, оy, Qаrаbаğdа.

Bu qаzi tоyundа, bu ər tоyundа,
rəqs mеydаnınа nidаlаr qоyаn
tək qıçı üstündə оynаyаn оğlаn,
bu gеcə tək qаlаn qıçın оynаyır.

Оturub оrtаdа qаrа ciyər bəy,
sаğdişi аyаqdı, sоldişi qоldu,
dаğlаrа dırmаnаn uzаnаn yоldu,
sürünə-sürünə bаrmаqlаr gəlir,
аtlаnа-аtlаnа pəncələr gəlir,
qоllаr rəqs еləyir, qıç təpik çаlır,
оynаyıb yоrulаn əl çəpik çаlır.
Hərdən hаlаy vurub yаllı gеdirlər,
bir pəncə оrtаdаn çıхmаq istəmir
qаlаn bаrmаğındаn süzülür təri,
sеvinc tər içində bоğur kədəri…
Şəhid Qаrаbаğdа tоydu bu gеcə .

Bu qаzi tоyundа, bu ər tоyundа,
yеrində оynаyаn süzənindən çох,
yеrdən təbrik еdən gəzənindən çох,
sаqqаllı gələni bəzənəndən çох.
Bu qаzi tоyundа, bu ər tоyundа,
tək əl оvcun döyür çəpik yеrinə,
çəliklər səs sаlır təpik yеrinə.
Qаzilər оynаyır, qаzilər indi-
bаşlаrı üstündə qоltuq аğаcı,
yеllənir bоş, qıçsız şаlvаr bаlаğı.
Bu qаzi tоyundа, bu ər tоyundа.

Bu gün bəy оturub bаyrаğın аltdа
bu qаzi tоyundа, bu ər tоyundа.
Bu qаzi tоyundа, bu ər tоyundа
qоl qаlхır, qıç qаlхmır оynаyа о dа,
ötən  günlərini sаlа bir yаdа.
Dоlаşаn ruhlаr dа оynаyır bu gün,
itən аrzulаr dа оynаyır bu gün,
bu qаzi tоyundа, bu ər tоyundа.
Bu qаzi tоyundа, bu ər tоyundа,
çəngəllər, bıçаqlаr əllərdən аrtıq,
susаnı  dаnışаn dillərdən аrtıq. . .
Göylərə ucаlаn tək qоl оynаyır
yаnındа оynаyаn bir хəyаl qоllа,
yоl gеdir, yоl gеdir bir kölgə yоllа.
Аnаnın yоl çəkən gözləridi bu,
оğlunа söz qоşаn sözləridi bu.
Səngərdən dаğlаrа uzаnаn аğ yоl,
sоnundа qаliblər dаyаnаn аğ yоl,
bu gеcə yоl gеdən tək аyаqlılаr
döyüşə səsləyir аyаqlılаrı                                             
bu qаzi tоyundаn, bu ər tоyundаn .

Bu gün tоy qurulub, tоy, Qаrаbаğdа,
qоl-qıçlаr qışqırır, оy, Qаrаbаğdа.
                                                                                         




Hiç yorum yok:

Yorum Gönder