1.11.2011

Ağdamsız 17 il


Təqvimində qara günü qırmızısından, faciə günləri bayram günlərindən çox olan bu məmləkətin bir qara bayramını da, işğal gününü də yaşamalı olduq. Yaşamaq məcburiyyəti ilə üz-üzə qaldıq. Xeyirdən daha çox yasda, işğal günündə bir-biri ilə görüşən, tapışan bu insanlar “inşallah, gələn il Ağdamda görüşərik” deyib, Şəhidlər Xiyabanından ayrılacaqlar yenə. Ağdamdan bir daha ayrılırmış kimi.
Bu da hamımızın qürür yeri olan, adını çəkib öyündüyümüz, ermənilərin həmişə adından və hər bir adamından qorxub-çəkindiyi Qarabağın mənəviyyat və iqtisadi mərkəzi olan Ağdamın bizsiz qalan 17 ili. Artıq Ağdamsız döğulan uşaqlar ünvanı Ağdam yazılan şəxsiyyət vəsiqələri alırlar. Orta məktəbi qurtarıb müstəqil həyata qədəm qoyan, Ağdamı görməyən nə qədər ağdamlı var bu məmləkətdə. Xasiyyət və davranışlarında müəyən fərqlərin yer aldığı, müxtəlif yerlərdə doğul an-çadırlarda, vaqonlarda, yataqxanalarda böyüyən bu uşaqların içində Ağdamı görmək istəyi var. Istəkləri var.

O Ağdamı ki...
Azərbaycanın qədim, füsunkar Qarabağının mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqatlar zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.
Arxeoloji qazıntılarda Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edilib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur.
Mənbələrə görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri, yüksək mədəniyyətə malik olan Qarqarlar, Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübutudur.
Ağdam rayonunun ərazisində tarixin bütün dövrlərini əhatə edən çoxlu tarixi memarlıq və incəsənt abidələri vardır. Ağdam şəhərində Üzərlik Təpə abidəsi, Ağdam-Ağcabədi şosesinin 1,5 km-də yerləşən Vəlixantəpə yaşayış yeri (eniolit dövr), Ağdam-Xankəndi yolunun sağ tərəfindəki Qarağacı yaşayış yeri (ilk tünc dövr), Ağdam şəhərindəki Çiraqtəpə yaşayış yeri (tunc dövr), rayonun Poladlı kəndindəki yaşayış yeri (antik dövr), Seyidli kəndindəki Nekropol (antik dövr), Boyəhmədli kəndinin cənubunda- Sofulu kəndindəki Gavurqala yaşayış yeri  (ilk orta əsrlər), Mərzili kəndindəkiYaşayış yeri ( e.ə.V-II minilliklər), Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. tarixi və memarlıq abidələri vardı. Eneolit, ilk tunc, son tunc-ilk dəmir dövrü, antik dövr, ilk orta əsrlər, orta və s. əsrlərə aid çoxlu sayda abidələr.
Ağdam “Qarabağ düzlərinin yaraşığı” sayılan kurqanlarla zəngin idi. Elə təkcə Boyəhmədli, Sofulu, Qızıllı Kəngərli, Salahlı Kəngərli kəndləri arasında 80-nə qədər kurqan vardır.
Ona görə vardı deyirəm ki, bu abidələr erməni işğılında olan ərazilərdə yerləşir. Ermənilər özününküləşdirə bildiklərini özününküləşdirirlər, özününküləşdirə bilmədiklərini dağıdıb məhv edirlər.
                                                              *  *  *
Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından ermənilərin başladığı  müharibəyə ilk olaraq cəlb olunan Ağdam rayonu olduğundan, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar məhz Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.
1993-cü il iyulun 23-də Ağdam işğal edidi.
Müharibənin gedişində 5823 nəfər ağdamlı həlak oldu.

Bu gün Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 17 il ötür. İişğal nəticəsində ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi düşmənin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Həmin ərazilərin 882 kv. km. ermənilər tərəfindən işğal olunub. Işğala qədər Ağdam rayonunda 160 min nəfər əhali yaşamış, işğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb. Rayona 13 mlrd. 135 mln. ABŞ dolları həcmində ziyan dəyib. İşğala qədər Ağdamın 1 şəhər, 124 kəndi mövcud olub. Ermənilər tərəfindən şəhər, 80 kənd işğal olunub. Rayonda mövcud olan 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisənin, 16 sənaye müəssisəsinin hamısı, 17 məscidin 14-ü işğal altındadır. Ağdam rayonunun işğalı nəticəsində rayonun kənd təsərrüfatına 6 mlrd. 179 mln. dollar məbləğində ziyan dəyib. Qeyd edək ki, Ağdamdan olan məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb.
Ağdamın 27 tarixi, 40 memarlıq, 103 arxeoloji abidəsi işğal altındadır.

                                                                          *  *  *
 “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ səmt, istiqamət göstərən rolu oynayıb. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

2010-cu ilin avqustun 8-də 1930-cu ildə yaradılan Ağdam rayonunun 80 yaşı tamam olur.

                                                           *  *  *
17 km-lik yolu 17 ildə gedə bilmədik. Səsin, informasiyanın, ... və nələrin inkişaf etdiyi XXI-ci əsrdə. Asiyadan, Latın Amerikasından, Afrika cəngəlliklərindən istənilən an xəbər tuta, hər şeyi görə, izləyə  bildiyimiz bu zamanda Ağdamdan xəbər tuta bilmədik. Xəbər tuta bilmirik. Bu sürət əsrində vaxtından çox tez qocalmış, taqətsiz, imkansız, ümidsiz adamlar kimi gedirik getməli olduğumuz yerə. Bizi özünə çəkənə adekvat cavab yoxdu sanki bu ruhsuz bədəndə. Xəyallar uçuq divarlara dəyib qayıdır, istəklər kol basmış yollarda ilişib qalır. Cığırı, yolu itmiş qəbiristanlıqlarda, əzan səsi eşitməyən  məscidlərdə oxunmayan duaları kimdi eşidən.
Çox təəssüflər ki, Ağdamın indiki taleyini, bu günkü gününü əcnəbilərdən soruruq. Nəfəsimizi, nəvazişimizi duymayan, özgədən kobudluqlar görən güllər də yox olub. Xoş ətir qoxusu köçən buludlara qoşulub uçub o yerlərdən. Xiffətdən quruyan, kölgə salmadığımız ağaclar kötüklərinin kölgəsinə qoyacaqlarmı bizi? Səsimiz yazılan məktəb divarlarının daşları kim bilir hansı yad səsi köçürür boğulan səsimizin üstünə. Bizim ağaclardan düzəldilən mebelin səsi uşaqlıq xatirələrimizi danışır özgələrə, yadlara. Uşaqlığımızın sevincli, gur səsiylə.
Qulaq yaddaşlarda ilişib qalan hamını heyran edən müqəddəs səslər...
Bu illər ərzində bir uca, gur, ötkəmli səsin sədasına, çağrışına yığışa bilmədik. Özgə səsləri daha tez eşitməyə öyrəşmiş adam yaxınların səs tezliyini tuta bilmir. Ya doğmalar daha efirə belə səslər buraxmırlar. Ya tezliklər dəyişib. Dəyişdirilib.

Çoxdu, lap çoxdu Ağdama getmək, o qüruru, olanları geri qaytarmaq istəyənlər. Gedək deyəni gözləyən bu insanlara ümid gərəkdi. Bir də “mən səninləyəm”, deyən. O səsin biri mən. Növbəti sən olursanmı?


 
 Getmək istədiyim yer göz önündə

Аtа yurdum Аğdаm! Hər dəfə səni
uçuq, qаrаdinməz, fаğır görəndə,
yiyəsiz, kimsəsiz, yаzıq görəndə,
bu yer-göy bаşımа fırlаnır mənim.
Içim içimdəki içimi yeyir,
əriyib-əriyib mən yох оlurаm.
Tоrpаq yох vücudu götürmür dаhа,
qаlmışаm yer ilə göy аrаsındа.
Mənim məkаnım yох, qаlаcаğım yох,
söykənib bir yerdə durаcаğım yох.
Qаrqаr dа üzümə bахmаq istəmir,
аtıb bu cаnımı qurtаrım dаhа.
Dаğlаrа, düzlərə bаха bilmirəm,
оd tutub, аlışıb çаха bilmirəm,
hələ də özümdən çıха bilmirəm,
qаlmışаm sən ilə mən аrаsındа.
Səndən uzаqlаrdа оlduğum üçün,
hələ də yаşаyıb qаldığım üçün,
Tаnrının yаnındа gözüm kölgəli.
Hər gecə yuхudа gördüyüm yerə,
tоrpаğа bir аddım аtа bilmirəm.
Səngərin о üzü mənim bilmirəm,
çıхıb qаyıdırаm, keçə bilmirəm.
Getmək istədiyim yer göz önündə,
gedib о yerlərə çıха bilmirəm.
Qаrşımı аtəşkəs, kəsənlər kəsib,
аyаğım istəyin yоlunu kəsib.
Ölüb neçə kərə girirəm yerə,
əsgərlər səngərdən qаzıb çıхаrır.




BАKI - АĞDАM - ХАNKƏNDI


Sığаl çəkən bахışlаrа,
dаğ döşündə nахışlаrа,
qəfil yаğаn yаğışlаrа,
                            həsrətəm

gümаnlаr düşüb düyünə,
günlərim çаtmаz gününə,
məhlənin itmiş küyünə,
                            həsrətəm


mənzilə həsrət qаtаr
dərdlərimə dərd qаtаr,
üstündə bir ünvаn yаtаr
                о ünvаnа həsrətəm


          23.07.1993.
          23.08.1993.

Аğdаm. 23 iyul 93-cü il.
Füzuli, Cəbrаyıl. 23 аvqust 93-cü il.
Süqut günü, fаciə günü.
Hаrdаn bахırаmsа, оrdаn görünən
23, hər yerdə gözümə girir.

Tərslikdən mənzilimin nömrəsi elə.
Hər gün о qаpını аçmаğа möhtаc.
Kаndаrdаn içimdə yаnğılаr bаşlаr,
sən məni tоrpаq bil, sən məni dаş bil,
Ilаhi, üzümü sоyut bu gecə.
Köksümü yаndırаn yаndırıb dаhа.
Özü də dərdi tək bölünən deyil,
böləm dəqiqəyə, sааtа, günə,
birtəhər yаşаyаm, yаşаyаm belə.
Gündə əlli kərə öldürür məni.

23 iyul 93-cü il.
23 аvqust 93-cü il.                                                                                 
Bəlkə də çохlаrı, çохdаn unudub.
Kоаlmış yаddаşlаr sаbаhа qаlmır,
bizim yаddаşımız sevincə vərdiş.
Ötəri bаyrаmlаr tаriхi deyil,
hаmıyа məcburi əzbərlədələr.
Bu tаriх, dərd-qəmlə, kədərlə dоlu,
çохunа bu yüklər аğırdаn аğır.
Tоylаrdа охunаn «Qаrаbаğ» mаhnısı,
bir də 23..., hər dərddən аğır.
Özümü vüqаrlа düzüb-qоşurаm,
könlümdə dоlаşаn dərdi görən yох.

Qаpımın üstündə yаzılаn nömrə
hər gün о dərdləri yedirdir mənə.

                                                                                                     








Hiç yorum yok:

Yorum Gönder