... Ağdamın
müasir formada tikilmiş göyşüşəli üçmərtəbəli təzə avtovoğzalında qələbəlik
idi.
Binanın
içərisi, həyətindəki marşrutların gediş istiqamətləri, yola düşmə vaxtı
yerli-yerində göstərılıb. Daha nəyisə soruşmağa ehtiyac qalmır.
Hər
yarım saatdan bir Ağdam-Şuşa avtobusu yola düşür. Bilet alıb növbəti avtobusa
əyləşdim.
Avtobus
Uşaq Xəstəxanasının yanından ötüb
güllü-çiçəkli geniş küçəylə Ağdamın içərisinə doğru irəliləyir. Şəhərin Ticarət
Mərkəzi Avropanın ən böyük Ticarət Evini xatırladır. Adamların çoxluğu satışda
həmişəki kimi axtarılan malların tapılacağından xəbər verir.
Ağdam
Dram Teatrı öz əzəmətini qoruyub saxlayıb.
Meydan
bir az da genişlənib. Daha yaraşıqlı olub.
Hərbi
Komissarlıq daha müasirdi. Girişdə dayanan əsgər və zabitlərin hərəkətləri
buranın nizamlı hərbi obyekt olduğu qənaətini yaradır.
Diqqəti
daha çox çəkən Abidə Meydanındakı üstü adlarla dolu qara lövhələrdi. Lövhələr
elə yerləşdirilib ki, sonuncu adı oxumaq mümkün olmasa da, yazısı hiss olunur.
Mən buraları gündüz keçdiyimdən gecələr məşəlin dalğalanan işığında lövhə və
yazı yerdəyişməsini, ancaq təsəvvürümdə canlandıra bilirəm.
* * *
... Ağdamdan
çıxan avtobus Əsgəran qalasından keçib Şuşaya istiqamət götürür. Avtobus
dolanbac yollarla Şuşaya doğru qalxdıqsa ətrafdakı gözəllik adamı özünə çəkir.
“Yarəb! Buralar necə də gözəlmiş”- deyə, düşünürsən.
Bu
qədər gözəllikmi olar? Bunu duymaq, hiss etmək üçün bu yerlərdən uzaq düşüb,
buralara yenidənmi qayıtmaq lazımmış? Özününkü olana dəyər vermək bu qədərmi
çətinmiş? ...
Bu
füsunkar təbiətin pəncərədən içəri dolan xoş rahiyəsi adamı məst edir. Bəlkə də
çoxdan belə hissləri yaşamadığımızdan, təbiətin bu qədər gözəl olduğunu
unutduğumuzdandır bütün bunlar.
Avtobusda
bizimlə ilk dəfə buraları görən turistlər təəccüblərini gizlədə bilmirlər.
* * *
Avtobusun
Qala qapısına nə vaxt çatdığını hiss etmirəm.
Şuşanın
girişindəki Qala divarları, Qala qapısı adamı keçmişə aparır.
Daha
çox diqqət yetirdikdə burada müasirlik elementlərinin də olduğu hiss olunur.
...
Avtobus Şuşa avtovağzalında dayanır. Avropa və Şərq üslublarının sintezi ilə
tikilmiş bu binada köhnə və yeni Şuşanın elementləri hiss olunur.
Buradakı
turş sudan içib bir az rahatlanıram. Hər dəfə bura gələndə avtovağzalın
restoranında ilk növbədə xəngəl yeyərdilər. Indi çoxsaylı turistlər də
diqqətdən qaçmayıb. Yeməyin çeşidləri artılıb. Şuşalıların iaşə xidmətindən
olmaz. Bu hər zaman belə olub. Indi
xidmət bir az da müasirləşməklə yanaşı şuşalıların xidmət özünəməxsusluğu da
saxlanılıb.
* * *
Şuşaya
gələn turistlərin çoxluğunu nəzərə alaraq lövhə və reklamlar iki dildə:
azərbaycan türkcəsində və ingiliscə yazılıb. Şuşanın görməli yerlərində olmaq
(əslində, Şuşanın hər yerində özünəməxsus gözəllik və qədimlik var), onun
haqqında informasiya toplamaq üçün hər cür imkanlar yaradılırdı. Bu vəzifəni
gitlər-tərcüməçilər yüksək səviyyədə yerinə yetirirlər.
Biz
Şuşaya gələndə reklam lövhələrində burda Beynəlxalq Musiqi Festivalının
keçiriləcəyi bildirilirdi.
* * *
Şuşa şəhərini
salan Pənahəli xanın Şuşa üçün, Qarabağ üçün elədiklərini eşidən hər kəsin
könlündən onun möhtəşəm heykəlinə təzim etmək keçir.
Mir
Mövsün Nəvvabın qəbri, Vaqifin məqbərəsi, Natəvanın, Üzeyir bəyin, Bülbülün ev
muzeyləri yeni görkəm alıb. Onu da deyim ki, Natavanın, Üzeyir bəyin və
Bülbülün büstləri daha etibarlı olsun deyə mərmərdən hazırlanıb.
17
məhəllənin hər birinə xüsusi lövhələr vurulub.
Gövhərağa
Məscidi. Tarixi keçmişə minbərindən şahidlik etmiş məscid yaşa dolmuş kimi
görünür. Onunla danışmağa, onu dinləməyə, dua etməyə gələnlərin sayı-hesabı
yoxdur.
Bazar
yenə qaynayır.
Bu da
Cıdır Düzü.
Burada
kəkotulu kababdan, kəkotulu çaydan dadanların dad hələ də damaqlarındadı.
Panoraması ilə seçilən Cıdır Düzü, bir qədər də gözəlləşib. Ətrafda xüsusi
zövqlə tikilmiş obyektlər onun təbii gözəlliyini bir qədər də artırır.
* * *
Hamı
Topxana meşəsinə, taladakı iri qara ağaca baxır. Armud ağacına. Tərcüməçi
turistlərə ağacı göstərərək inadla nəyisə izah edir. (O həmin ağacdır ki,
Qarabağ hadisələri zamanı ermənilər tərəfindən Topxana meşəsində kəsilməsi
Azərbaycan xalqının Milli Oyanışında rəmzi başlanğıc rolunu oynamışdır.)
Gələn
qonaqların hamısı enli yolla məşhur İsa
bulağına enir. Hər tərəfdə bir səliqə-sahman var. Xanəndələr dəstəsi... Yemək,
içmək məclisi... Su da elə həmin sudur: saf, büllur.
* * *
Şuşa
həmişə gözəl olub.
Nə
təmiz havandan, suyundan, təbiətindən, nə özündən, ndə baxışlarından doymaq
olmur, Şuşa!
* * *
Görənin
bir baxışla vurulduğu Şuşadan ayrılmaq istəməsək də, müvəqqəti ayrılmaga
məsburuq.
Şuşadan
çıxanda avtobusda turistlərlə birgə hamı bir ağızdan “Necə də gözəlsən, Şuşam,
ay, Şuşam”, oxuyurdu.
Hiç yorum yok:
Yorum Gönder