4.07.2014

Narahat ruhlar


            
                                                             Rafiq Əliyevə

Kimsəsiz evlərin eyvanlarından
kədərli, narahat ruhlar boylanır.
Baxışlar kiminin tək üst-başını,
mənim yan-yörəmi baxıb, yoxlayır.

Küçələr, səkilər buraxmır məni,
hər yerdə cüt, qoşa addım izləri.
Addım izlərində maqnit gücü var,
tutub ayağımdan saxlayar məni,
bağlayar özünə, bağlayar məni,
öldürüb, basdırıb, ağlayar məni...
Bu yolda, bu yerdə qəbirlər artar,
təsəlli söylənər, səbirlər artar.
Özümü bu gecə harda basdırım?
Içimdə özümə qəbir yerim yox,
bu gecə dözüm yox, səbir yerim yox...

Döşəmə daşları qəbirdi, allah...
yanaşı uzanan, yanaşı yatan,
tanımır bir-birin, nə sirdi, allah.

                                                                         24.03.2013



1 yorum: