Rafiq Əliyevə
Kimsəsiz
evlərin eyvanlarından
kədərli,
narahat ruhlar boylanır.
Baxışlar
kiminin tək üst-başını,
mənim
yan-yörəmi baxıb, yoxlayır.
Küçələr,
səkilər buraxmır məni,
hər yerdə
cüt, qoşa addım izləri.
Addım
izlərində maqnit gücü var,
tutub
ayağımdan saxlayar məni,
bağlayar
özünə, bağlayar məni,
öldürüb,
basdırıb, ağlayar məni...
Bu yolda,
bu yerdə qəbirlər artar,
təsəlli
söylənər, səbirlər artar.
Özümü bu
gecə harda basdırım?
Içimdə
özümə qəbir yerim yox,
bu gecə
dözüm yox, səbir yerim yox...
Döşəmə
daşları qəbirdi, allah...
yanaşı
uzanan, yanaşı yatan,
tanımır bir-birin,
nə sirdi, allah.
24.03.2013
Var olun! Allah can sagligi versin.
YanıtlaSil